ABŞ-dan vətəndaşlara qadağabackend

ABŞ-dan vətəndaşlara qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreyaya səyahətlər təşkil edən iki tur şirkəti, ABŞ-ın qısa müddət içərisində vətəndaşlarına Şimali Koreyaya səyahət qadağası qoyacağını bildirib.
Koryo Turdan edilən şərhə görə, ABŞ vətəndaşları üçün tətbiq olunacaq qadağa 27 iyulda açıqlanacaq və 30 gün sonra tətbiq olunacaq.
 
Bir digər tur şirkəti Young Pioneer Tur da Twitter üzərindən etdiyi şərhlə qadağan haqqında məlumat verdi və 27 iyulda açıqlanacağını ifadə etdi.
 
Qadağanın nə qədər sürəcəyinə dair bir şərh isə edilmədi.
 
Qeyd edək ki, ABŞ-lı universitet şagirdi Otto Warmbier, bir müddət əvvəl turist olaraq Şimali Koreyaya getmiş, ancaq burada nəzarətə alındıqdan sonra 15 il ağı cəzaya məhkum edilmişdi.
 
Təxminən 1.5 il həbsxanada qalan Warmbier daha sonra koma halında ABŞ-a ekstradisiya edilmiş, ancaq həyatını itirmişdi. Şimali Koreyada hələ də 3 ABŞ vətəndaşı məhbus var.

İnterpress.az