Zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı var?backend

Zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu \”Report\”un sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyindən bildiriblər.

Diplomatik nümayəndəlikdən qeyd edilib ki, bu, ilkin məlumatdır və məsələ araşdırılır: \”Azərbaycanın İstanbuldakı baş konsulluğu bu regiona yaxın yerləşdiyindən, onlar daima Türkiyənin müvafiq qurumları ilə əlaqə saxlayırlar. Lakin ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması barədə hələlik, məlumat yoxdur. Biz vəziyyəti nəzarətdə saxlayırıq\”.

Qeyd edək ki, ötən gecə Türkiyənin qərb sahilində 6,7 bal gücündə zəlzələ olub.

Zəlzələnin episentri ölkənin kurort şəhəri Bodrumdan 10 km aralıda yerləşib. Zəlzələ bölgəsində güclü dağıntı olmayıb. Lakin onlarla insan panika səbəbindən zədələnərək xəstəxanalara müraciət ediblər.

Xatırladaq ki, eyni vaxtda Yunanıstanın Kos adasında da zəlzələ olub. Təbii fəlakət nəticəsində bir neçə ev dağılıb, 2 nəfər həlak olub, daha bir neçəsi yaralanıb.

İnterpress.az