FTB direktoru: “Rusiya ortalığı qarışdırır və “ABŞ-ın üstünə atır”backend

FTB direktoru: “Rusiya ortalığı qarışdırır və “ABŞ-ın üstünə atır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Pompeo onu da qeyd edib ki, Rusiyanın Suriyada İŞİD-a qarşı ciddi strategiya yürütdüyünə demək olar ki, heç şahid olmayıb. O, Rusiyanın ABŞ-la ittifaqının heç vaxt gerçəyi doğrultmadığını deyir. Lakin Pompeo Rusiya və ABŞ-in terrorizmə qarşı mübarizədə əməkdaşlıq edəcəyinə ümid etdiyini qeyd edib.

FTB direktoru Suriyada Bəşər Əsəd hakimiyyəti altında sabitlik olacağını düşünmədiyini qeyd edib. O, Əsədin “İranın kuklası” olduğunu və Suriyada İranın əhəmiyyətli təsirinin olduğunu bildirib.

“Rusiya Suriyada qalacaq, onun Aralıq dənizində Tartus limanında hərbi dəniz qüvvələri yerləşir” – Pompeo deyib.

FTB direktoru Obama administrasiyasının İranın nüvə proqramı ilə bağlı siyasətini də tənqid edib. O, Tramp administrasiyasının Yaxın Şərqdə ən nüfuzlu dövlət olmaq istəyən İrana qarşı işlədiyini nəzərə çatdırıb.

İranın nüvə proqramına gəlincə, Tramp administrasiyası İranın bağlanan sazişin müddəalarına əməl etdiyini təsdiqləyib. Lakin Pompeo eyni zamanda İranın bunu pozub ballistik raket proqramını inkişaf etdirəcəyindən narahat olduğunu qeyd edib.

“İran pis kirayənəşindir” – sazişlə əlaqədar İranın yürüdəcəyi siyasəti Pompeo belə təsvir edib. O, İranı ev sahibi kirayə pulunu istəməyənə qədər ödəniş etməyən kirayənişinlərə bənzədib. O, Trampın İranın regiondakı vəziyyətini zəiflətmək üçün Korfəz ölkələri və İsraillə ortaq həll yolu arayışında olduğundan danışıb.

“Biz strategiyamızı tətbiq etməyə başladıqca, siz siyasətdə əsaslı dəyişiklikləri görəcəksiniz” – FTB direktoru vurğulayıb.

Tramp administrasiyasının Şimali Koreya siyasətinə gəlincə isə, Pompeo Tramp üçün bunun ən başda duran məsələ olduğundan bəhs edib.

FTB direktoruna görə, Şimali Koreya lideri irrasional deyil, əksinə Kimin hakimiyyətdə qalması üçün nə etməli olduğunu çox yaxşı bildiyini deyir. O, Şimali Koreyanın nüvə proqramından vaz keçməsi üçün həll yolu tapacaqlarına ümid etdiyini vurğulayıb.

FTB direktoru bütün bu məsələlər barədə Kaloradoda, Aspendə milli təhlükəsizlik rəsmiləri və kəşfiyyat nümayəndələrinin yığışdığı forumda danışıb. (musavat)

İnterpress.az