Salvador Dalinin Məzarı DNT testi üçün Açıldı – FOTO – VİDEObackend

Salvador Dalinin Məzarı DNT testi üçün Açıldı – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, dünya tərəfindən məşhur sürrealist İspan rəssamı Salvador Dalinin məzarı, Maria Pilar Abelin, Dalinin qızı olduğu iddiası ilə müraciət etdiyi məhkəmədə iddianı qazanmasının ardından açıldı. 28 il sonra açılacaq olan məzardan alınacaq DNT nümunələri məhkəmə tibb mütəxəssisləri araşdırılacaq.
Madrid Məhkəməsi, məşhur rəssamın qızı olduğunu iddia edən 61 yaşlı qadının müraciəti üzərinə, Dalinin, Katalan bölgəsində, Figueres qəsəbəsində yerləşən məzarının açılmasına keçən ay qərar vermişdi.
Abelin vəkili Enrique Blanquez mövzuyla əlaqədar olaraq, \”DNA testi səhv etməz. Yüzdə doxsan doqquz gərçək ortaya çıxacaq\” deyə danışdı. Test nəticələrinin ən erkən avqust sonunda açıqlanması gözlənilir.
61 yaşında Tarot falcısı Abel 2015-ci ildə, Dalinin evlilik xarici doğan qızı olduğu iddiası ilə miras haqqı üçün məhkəməyə müraciət etmişdi. Abel anasının 1950-ci illərdə Dalinin yaşadığı bir evdə xidmətçi olaraq çalışdığını və Dali ilə olan əlagəsindən bir müddət sonra gizli bir eşq əlaqəsinə çevrildiyini önə sürmüşdü.

1989-cu ildə, 84 yaşındaykən həyatını itirən məşhur rəssamın məzarının açılma qərarı üçün məhkəmə, Dalinin atalıq testi edilə biləcək şəxsi əşyasının olmamasını səbəb göstərmişdi.
Pilar Abel anasıyla Dalinin 1955-ci ildə birlikdə olduğunu və bu əlaqədən dünyaya gəldiyini iddia edərək, \”Mən əvvəlcə öz şəxsiyyətimi, kim olduğumu bilmək istəyirəm. Bunu ümid edirəm, həqiqəti bilmək istəyirəm\” dedi. Pilar Abel, miras haqqı tələbiylə aprel 2015-ci ildə məhkəməyə müraciət etmişdi.
Abelin atasının Dali olduğunu isbat etməsi halında irsinin 25 faizini almağa haqq qazana biləcəyi, bunun da 300 milyon eurodan çox bir miqdara bərabər gəldiyi iddia edilir.

Salvador Dalinin Məzarı DNT testi üçün Açıldı - FOTO - VİDEO
Salvador Dalinin Məzarı DNT testi üçün Açıldı - FOTO - VİDEO

İnterpress.az