Kökəltməyən yüksək kalorili 10 qidabackend

Kökəltməyən yüksək kalorili 10 qida

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsti şokolad

Polifenollu kakao toxumlarının faydası tərkibindəki antioksidantlardadır. Onlar immuniteti yüksəldir, iltihabi proseslərlə mübarizə aparır, ürək xəstəliklərinin olmasını xəbər verir. Təəssüf ki, bunu südlü şokolad və siroplara aid etmək olmaz. Çünki onların tərkibindəki polifenolllar məhsul mağazaya gələnə qədər parçalanır. Ancaq bir fincan kakaolu südə vanil və bal əlavə etməklə özünüzü sevindirə bilərsiniz.

Kərə yağı

İncə fransız xanımlarına baxarkən inana bilmirik ki, onların mətbəxinin əsasını kərə yağı təşkil edir. Bu məhsulun normal miqdarı heç kimə zərər verə bilməz. Əsas odur ki, yağ əsl inək yağından alınsın, yəni marqarin qarışıqlı olmasın. Əslində marqarinin də kalorisi kərə yağında olduğu qədərdir. Ancaq onun tərkibindəki trans yağlar zərərli xolesterinin miqdarını artırır. Üstəlik son araşdırmalar doymuş yağların ürək xəstəliklərinin səbəbi olmasını sübut edir. Bu o demək deyil ki, bir gündə bir qutu yağ yemək olar. Ancaq reseptinizə bir xörək qaşığı kərə yağı əlavə etsəniz bundan zərər gəlməz. Əgər buterbrod yemək istəyirsinizsə, yaxşı olar ki, italyan xanımlarının təcrübəsindən istifadə edərək zeytun yağı istifadə edəsiniz.

Kartof

Az insan tapılar ki, kartofu heç bir əlavəsiz yesin. Əksəriyyət onu xama, pendir, yağda qızarmış, hətta ətlə birlikdə yeməyi xoşlayır. Ona görə də bu məhsul pəhriz qidaları sırasından çıxarılır. Ancaq alimlər tərkibində B6 vitaminin və sellülozanın miqdarına görə onu “yeni kələm” adlandırırlar. Kartofu ən düzgün qabıqla bişirilməsidir. Yağlı sousları isə zeytun yağı, salsa, sarımsaqla əvəz edin.

Pizza

Təəssüf ki, alimlər pizzanın faydalı tərəflərini aşkar etməmişlər. Lakin bir dilim pizza zərərli olmaz, əksinə xoşbəxtlik hormonlarının ifrazına səbəb olar. Pizza seçərkən isə nazik xəmirli, tərəvəzli və yağsız pendirdən hazırlanmış pizzanı seçin.

Şəkər

Adətən şəkər dedikdə kalori ilə zəngin şirniyyatlar nəzərdə tutulur. Lakin orqanizm şəkəri beynin və əzələlərin əsas qidası olan qlükozaya çevirir. Şəkər təkcə şirniyyatda yox, həm də meyvə və meyvə qurularında vardır. Siz seçiminizi məhz onlarla etsəniz həm orqanizmin şəkər ehtiyacını ödəyər, həm də zövq ala bilərsiniz.

Popkorn

Duzlanmış və ya şəkərlənmiş, həmişə yağlı qarğıdalı partlaması və blokbaster filmi izləmək həmişəki kimi persona non grata-dır. Ancaq mikrodalğalı sobada hazırlanmış popkorn haqqında bunu demək olmaz. 1stəkan belə qarğıdalıda 31 kalori vardır.

Un məhsulları

Un məhsulları həmişə kökəlməyə səbəbkar deyil. Tam buğda unu çörəyi, qəhvəyi düyü, bərk buğda unundan makaronlar orqanizmin karbohidratlara olan ehtiyacını ödəyir, qidalı maddələrlə təmin edir, ürək-damar xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Bütün bunlar isə görünüşə zərər vurmur.

Araxis yağı

Bir xörək qaşığı araxis yağı 100 kaloridir. Ona bir də bir dilim çörəyi əlavə edin. Ancaq qidalı maddələrlə zəngin bu spred vitaminlərin sorulması üçün çox faydalıdır. Onun tərkibinin yağını azaltmaq üçün şəkər, duz, emulqatorlarla əvəz edirlər. Ona görə də alarkən araxis yağının yağlılığı aşağı olanını seçmək olmaz. Mağazada çörək alarkən belə içərisinə araxis, olmasa qoz və ya badam qatılmış olanı seçin.

Pendir

Müasir tədqiqatlar göstərir ki, rasionda yağlı və yağsızlaşdırılmış süd məhsullarının olması qan təzyiqini və şəkərin miqdarını tənzimləməyə kömək edir. Hətta insan ömrünü belə uzadır. Bir şərtlə ki, pendir gündəlik 100 q-dan çox olmasın.

Souslar

Bitki yağı əsaslı salat əlavələri sağlam yağlarla zəngindir. Xüsusilə üzərində “az yağlı” yazılmış şəkərlə, duzla, palma yağı ilə zəngin dressinqlə müqayisədə daha faydalıdır. Yaxşı olar ki, sousu özünüz hazırlayasınız.

Kökəltməyən yüksək kalorili 10 qida

İnterpress.az