Pentaqon: Rusiya Vaşinqton üçün çox ciddi təhlükədirbackend

Pentaqon: Rusiya Vaşinqton üçün çox ciddi təhlükədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Rusiya böyük hərbi potensiala malik olaraq, Vaşinqton üçün çox ciddi təhlükə yaradır. Bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.

“Bizim vəzifəmiz nüvə ölkəsi olan Rusiya ilə münasibətlərin gərginləşməsinə yol verməməkdir, lakin bu kontekstdə unutmamalıyıq ki, bu ölkə çox ciddi bir təhlükədir” — deyə o qeyd edib.

Bununla belə Danford Şimali Koreyanı təcili tədbirlərin görülməsini tələb edən təhlükə adlandırıb.

İnterpress.az