Britaniya şirkəti batmış gəmidə 4 ton qızıl aşkarlayıbbackend

Britaniya şirkəti batmış gəmidə 4 ton qızıl aşkarlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi məlumata görə, İkinci Dünya Müharibəsi dövründə batan “SS Minden” gəmisindəki qızılın faşist Almaniyasına məxsus olduğu ehtimal edilir.

Böyük Britaniyanın “Advanced Marine Services” şirkətinin əməkdaşlarının aşkarladığı gəminin 4 ton qızılı Cənubi Amerika banklarından Almaniyaya apardığı güman edilir. Braziliyadan Almaniyaya gəlməli olan gəmi 1939-cu ilin sentyabrında İslandiya sahillərindən 190 km uzaqlıqda batıb. Qeyd edilir ki, “SS Minden” gəmisi Böyük Britaniya donanmasının diqqətini çəkib və Adolf Hitler qiymətli yükün britaniyalılara çatmaması üçün kapitana gəmini batırmağı əmr edib.

Yükünün gəmidə deşik açılmaqla çıxarılması və dəyəri 2 milyon dollar olan qızılın Böyük Britaniyaya aparılması nəzərdə tutulur. (apa)

İnterpress.az