Keçmiş mer Bakıdan qayıdarkən qəzaya düşdübackend

Keçmiş mer Bakıdan qayıdarkən qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Virtualaz.org-a istinadən xəbər verir ki, Vano Zodelava Azərbaycandan qayıdarkən qəzaya düşüb.

Bu gün – 23 iyulda məlum olub ki, o 22 iyul gecəsi Kvemo Poniçala ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. Yolda \”Mersedes\”, \”Honda\” və \”Opel\” markalı avtomobillər toqquşub. \”Opel\”in sürücüsü hadisə yerində ölüb.

Azərbaycandan Gürcüstana qayıdan 60 yaşlı sabiq mer qəza zamanı ciddi xəsarətlər alıb. O, Tbilisidə New Hospitals klinikasına çatdırılıb və orada onun üzərində kəllə trepanasiyası əməliyyatı aparılıb. Hazırda Zodelava xəstəxananın reanimasiya şöbəsindədir.

Qeyd edək ki, Vano Zodelava 1998-dən 2004-cü ilə qədər Tbilisinin meri vəzifəsində işləyib.

İnterpress.az