Bakı-Qazax yolunda eyni anda üç qəza – 5 nəfər yaralandıbackend

Bakı-Qazax yolunda eyni anda üç qəza – 5 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\”un məlumatına görə, əvvəlcə \”99-LF-265\” dövlət qeydiyyat nişanlı \”Opel\” markalı avtomobil digər bir maşınla toqquşub. Onların arxasınca gələn \”20-CE-897\” dövlət qeydiyyat nişanlı \”Kamaz\” markalı yük maşını isə qəzadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarına çıxaraq aşıb. Maşının yük yerində olan qum ətrafa dağılıb.

Hadisənin baş verdiyi zaman yolun sağ tərəfində hərəkətdə olan \”Mercedes-Benz\” markalı avtomobilin sürücüsünün diqqəti qəzada olduğundan o da qarşıdakı \”Lada\” markalı avtomobilə çırpılıb və yoldan çıxıb.

Bildirilir ki, üçüncü qəza \”Lada\”nın sürücüsünün də diqqətinin sol tərəfdə baş vermiş avtomobil qəzasında olduğundan sürəti azaltması səbəbindən baş verib. \”Lada\” markalı avtomobildəkilər musiqiçi olublar və şənlik evinə gedirlərmiş.

Qəza zamanı \”Kamaz\”ın sürücüsü, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Cəmil İsrafil oğlu Həsənov ağır xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Digər avtomobillərin sürücüləri və 2 sərnişin isə yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

İnterpress.az