Almaniya geri addım atmırbackend

Almaniya geri addım atmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Almaniya prezidenti Frank-Walter Steinmeier, dövlət televiziya ZDF-proqramında Türkiyəyə qarşı sərt çıxış edib. Almanyayla yaşanan böhranın məsulu olaraq Ankaranı göstərən Steinmeier, Alman hökumətinin buna qarşı sərt rəftar almasını doğru addım olduğunu ifadə etdi və \”Bir çox insanın onlarca ildir qurduğu körpüləri Ankaranın atması, həqiqətən çox acı verici bir vəziyyət\” dedi. Prezident Ərdoğanın Türkiyəni Avropadan uzaqlaşdırdığını söyləyən Steinmeier, \”Dövlətdə, onunla birlikdə və partiyasında çalışmış bir çox insan indi təqibə məruz qalır, həbsxanalara salınır və susdurulur. Bunu qəbul edə bilmərik \”dedi.

Almaniya Baş naziri Angela Merkelin müşaviri Peter Altmaier də, Alman hökumətinin Türkiyəyə sərt rəftarını dəstəklədi. Altmaier belə dedi: \”Türkiyənin rəftarı qəbul edilə bilməz. Alınan tədbirlər bu səbəbdən tamamilə lazımlıdır. Biz məhbusların sərbəst buraxılmasını tələb edirik. Həbs və mühakimə etmə müddətində İnsan Hüquqları Konvensiyasının icrasına israrlıyıq. Türkiyə bölgəsində ən demokratik ölkələrdən biri. Bununla prezidenti Ərdoğanı deyil, ölkəni və Türk cəmiyyətini nəzərdə tuturam. Prezident Ərdoğan, Konstitusiya referandumunun məsələn Diktatorluqlar olduğu kimi yüzdə 90-la deyil, yüzdə 51-lə qazandı\”.

İnterpress.az