“Məni 6 ay hər gün zorladılar” – VİDEObackend

“Məni 6 ay hər gün zorladılar” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yezidi kürd olan qadın Sincar dağında İŞİD terrorçularının əsarətinə düşüb. O, qaçıb xilas olmağa çalışsa da, bunu bacarmayıb.

İŞİD qruplaşması 2014-cü ildə Sincar regionunda yerləşən yezidi kürdlərinə hücum etmiş, yüzlərlə insanı qətlə yetirmişdi. Həmin dövrdə İŞİD-in əlinə əsir düşən Exlasın 14 yaşı var idi.

“6 ay hər gün o, məni zorlayırdı. Mən özümü öldürməyə çalışırdım. O, məni 150 qızın arasından püşkatma yolu ilə seçdi. O, vəhşi heyvana oxşayırdı. Çox çirkin idi və dəhşətli iyi var idi. Bilirsiz bu sözləri niyə ağlayaraq demirəm? Çünki, ağlamaqdan göz yaşım quruyub”

Exlas hazırda Almaniyada psixiatrik xəstəxanada müalicə alır. Exlas sözügedən İŞİD terrorçusu döyüşə gedən zaman onun əlindən qaçmağı bacarıb.

İnterpress.azhttps://youtube.com/watch?v=hpTnPNh5kwA