Bərdədə dəhşətli cinayət – Arvadını “kuvaldla” öldürdübackend

Bərdədə dəhşətli cinayət – Arvadını “kuvaldla” öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda həyat yoldaşını başından \”kuvald\”la vurub öldürən, sonra isə özü intihar edən dəhşətli hadisənin təfərrüatları məlum olub.

Kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Bərdə rayonu, Hacallı kənd sakini, 49 yaşlı Saday Əliyev son vaxtlar psixi pozğunluqdan əziyyət çəkirmiş:

“Saday Əliyevin imkanları, həyat səviyyəsi yüksək olub. Problemli ailə olmayıb. Çox gözəl ailəsi olub. Sadəcə olaraq, son bir ayda əsəb pozğunluğu yaşayırdı. Bir neçə dəfə müalicə almışdı. Dünən gecə hamı yatandan sonra, Saday Əliyev sakitcə evə keçib, arvadı yatdığı yerdə “kuvald”la onu öldürüb. Daha sonra isə iki övladını yatan yerdə “kuvald”la yaralayaraq, özünü asıb”.

Hazırda uşaqlar Bərdə Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunur:

“Uşaqların vəziyyəti ağırdır. Onların gələcək sağlamlığı haqqında nəsə demək çətindir”.

***

Hadisə rayonun Hacallı kəndində baş verib.

Kənd sakini Saday Əliyev həyat yoldaşı Gülbəniz Mehdiyevanın başından \”kuvald\”la vuraraq öldürüb.

Bundan sonra övladlarına hücum edən S. Əliyev qızı Məleykə Əliyeva və oğlu Murad Əliyevə ağır xəsarətlər yetirib.

Daha sonra o, həyətlərindəki ağacdan özünü asıb.

S. Əliyevin övladları qonşuların köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-nın Qarabağ müxbirinə verilən məlumata görə, vəziyyətləri ağırdır.

Hadisənin səbəbləri araşdırılır.

İnterpress.az