Prezident Ərdoğan Qətərə gəldi – FOTObackend

Prezident Ərdoğan Qətərə gəldi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, xüsusi təyyarə \”AZE\” ilə saat 12.25-də Qətərin paytaxtı Dohaya gəldi.
Körfəz ölkələrini əhatə edən səfərinin son dayanacağı Dohada bəzi görüşlər olacaq. Prezident Ərdoğanı, Beynəlxalq Hamad Havalımanında Qətər Əmri Şeyx Təmim bin Hamad Al Sani, Türkiyənin Doha səfiri Fikrət Özer ilə digər səlahiyyətlilər qarşıladı.

Ərdoğan ilə həyat yoldaşı Əminə Ərdoğan, Baş qərargah Başçısı General Hulusi Akar, xarici işlər naziri Mevlüt Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak, Milli Müdafiə naziri Nurettin Canikli ilə MİT Məsləhətçisi Hakan Fidan da Dohaya gəldi.
Ərdoğan və Qətər əmiri Al Sani, eyni avtomobillə Emirlik Məhkəməsinə yollandılar. Prezident Ərdoğan, ilk olaraq Qətər Əmri Şeyx Təmim bin Hamad Al Sani ilə Qətər Emirlik Divanından baş-başa və heyətlər arası görüşdən sonra şərəfinə veriləcək günorta yeməyinə qatılacaq.
Daha sonra Ərdoğan, Qətər Əmri Al Sanının atası Əmir Şeyx Hamad bin Khalifa Al Thani ilə Al Wajbah Sarayında görüşəcək.
Görüşdən sonra Ərdoğan, Türkiyəyə dönəcək.

Prezident Ərdoğan Qətərə gəldi - FOTO

Prezident Ərdoğan Qətərə gəldi - FOTO

Prezident Ərdoğan Qətərə gəldi - FOTO

İnterpress.az