İsveçrədə elektrik mişarla hücum!backend

İsveçrədə elektrik mişarla hücum!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, İsveçrənin Schaffhausen qəsəbəsində şəxsiyyəti təyin edilməmiş təcavüzkar hücum təşkil edib. İlkin nəticələrə görə, 5 adam yaralanıb, bunlardan 2 -nin vəziyyəti ağır olduğu ifadə edildi.
Polis təcavüzkar və ya hücumçu haqqında məlumat verməyib, lakin hadisənin yaşandığı yerin İsveçrə-Almaniya sərhədinə yaxın olması diqqətləri çəkib.
İsveçrə mətbuatı, polisin hadisə yerinə yaxın olmasının və bu faciəni qarşısını aldığını yazarkən, şahidlərin polisin, əlində elektrik mişar olan və insanlara bu alətlə hücum edən adamı tutmaq üçün yolu bağladığını ifadə edib.

İnterpress.az