Rusiya qoşunları Bakı-Supsa kəmərinin bir hissəsini zəbt etdilərbackend

Rusiya qoşunları Bakı-Supsa kəmərinin bir hissəsini zəbt etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Gürcüstanın işğal olunmuş ərazilərində sərhəd dəyişikliyi apararkən Bakı-Supsa kəmərinin bir hissəsi zəbt olunub. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti təsdiqləyib.

Gürcüstan hadisə ilə bağlı qanun sərhədçəkmə əməliyyatının davamı adlandırıb. Gürcüstan XİN bunu təxribat adlandıraraq, beynəlxalq həmkarları ilə işğalı dayandırmağa cəhd edəcəyini bildirib.

Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri İrakli Sesiaşvili deyib ki, Bakı-Tbilisi-Supsa neft kəməri ilə bağlı risklər hələ layihə planlaşdırılarkən nəzərə alınıb və alternativ variantlar var.

İnterpress.az