Yayda düzgün qidalanmabackend

Yayda düzgün qidalanma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha çox maye qəbul edin. İsti havada bizim orqanizmimiz çox maye itirir. Buna görə mayenin ehtiyatını vaxtında təmin etmək lazımdır. Bu halda bizə müxtəlif içkilər kömək edəcək. Susuzluğu daha çox adi su və ya şəkərsiz (acı) yaşıl çay yatırır. Çox isti hava şəraitində hər 40-50 dəqiqədən bir 100-200 ml sərin su (18–20°С) içmək tövsiyə edilir.

Bundan başqa, soyuq doğramac və ya qaspaçço kimi yeməklər də sizi həm sərinləşdirəcək, həm də orqanizminizi lazımlı rütubətlə təmin edəcək.su-icmek
Yalnız ürək-damar xəstəlikləri, hipertoniya, piylənmədən əziyyət çəkən və böyrəklərində problemi olan insanlara çox maye istifadə etmək məsləhət deyil.
Rasionunuzun kalorililiyini azaldın. Alimlərin fikrincə isti havada enerjiyə ehtiyac təxminən 5%-ə qədər enir, buna görə də yayda orqanizmə daha az kalorili qida lazım olur. yemek

Çalışın yağlı ət, tort, fəsəlidən az istifadə edəsiniz, daha çox meyvə, tərəvəz və süd məhsullarına üstünlük verin.
Qidalanma vaxtınızı dəyişin. İsti hava – orqanizm üçün əsl sınaqdır. Biz iştahın yoxluğundan əziyyət çəkirik, amma yedikdən sonra mədədə ağırlıq hiss edirik. Ekstremal isti hava şəraitində orqanizmə normal işləməyə kömək etmək üçün diyetoloqlar qidalanma vaxtını dəyişməyi məsləhət görürlər ki, bu zaman əsas qida qəbulu daha çox günün sərin vaxtına düşür.sup

Yaxşı olar ki səhər yeməyini tezdən 6:00-7:00-da, naharı – günorta istisindən əvvəl – 11:00-11:30-da, şam yeməyini – 18:00-da qəbul edəsiniz. Ac qarnına yata bilməyənlər isə 21:00-da yüngül qəlyənaltı edə bilərlər.
Səhər və şam yeməyini mütləq yeyin. İsti hava şəraitində yaxşı olar ki, karbohidratlarla zəngin qidanı nahar vaxtı qəbul edəsiz ki, o orqanizmi enerji ilə yükləsin.ciyelek

Tərəvəz və meyvə salatları, qarabaşaq və düyü, kartof və pəhriz şorbaları mədədə ağırlıq hissi yaratmır, bu səbəbdən onları gününorta qəbul etmək məsləhətdir. Belə karbohidratlar orqanizm tərəfindən asan mənimsənilir. Ət və balıq yeməklərini şam yeməyinə saxlamaq tövsiyə edilir, çünki sərin havada onlar daha asan həzm olunacaq.

Yayda düzgün qidalanma

Daha çox vitamin qəbul edin. Tər ilə birlikdə bizim orqanizmimiz qiymətli vitaminləri və mikroelementləri də itirir (xüsusilə bu suda həll olunan vitaminlərə aiddir). Nəticədə biz həvəssizlik hiss edirik, immunitet zəifləyir, vitamin azlığı inkişaf edir.kokteyl

Belə olmaması üçün təzə mövsüm məhsullarından, yəni meyvə, tərəvəz və giləmeyvələrdən istifadə edin, yeni çəkilmiş şirələr, şəkərsiz limonadlar və kompotlar, ot çayları və kvas için.

İnterpress.az