Bu günün işini sabaha saxlamabackend

Bu günün işini sabaha saxlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sən müəllimin təzyiqi altında imtahanlara hazırlaşmaya bilərsən və ya istəsən müdirinin göstərişlərini də yerinə yetirməyə bilərsən. Bu sənin öz seçimindir. Amma bu seçiminin nəticəsi sənin üçün heç də yaxşı deyil. Ona görə də öhdəliyinizə düşən işləri ruh yüksəkliyi ilə qəbul edib tez bir zamanda yerinə yetirməyə çalışın.

Xanımlar arıqlamaq istədikdə onu bazar ertəsindən sonraya, bayramlardan sonraya və bundan başqa yeni mövsümün başlanmasını gözləyirlər. Atalar demişkən: “ Bu günün işini sabaha qoyma. “ Əgər arıqlamaq istəyirsənsə pəhrizə elə indidən başla. Xanımların işini sonraya saxlamalarının səbələrindən biri də gözəl görünmək istəyidir. Onlar özlərini gözəlləşdirməyə çox vaxt ayırdıqlarından digər işləri yerinə yetirə bilmirlər. Çatdıra bilmədikləri işləri isə unutmağa çalışırlar.

Xanımların işlərini sonraya saxlamalarının bir səbəbi də odur ki, onlar belə fikirləşirlər ki, iş onların boş vaxtlarını da alır. Onlar bu boş vaxtda televizor seyr edə, yaxud da telefonda rəfiqələri ilə söhbət edə bilərdilər. Hər şeyə vaxt çatdırmaq üçün gündəlik plan tərtib edin, orada 10 dəqiqə vaxtı telefonla danışmağa, yarım saat vaxtı televizora baxmağa ayırın.

Qalan vaxtlarınızı işinizə sərf edin. Əgər plan üzrə hərəkət etmək sizi stress vəziyyətini gətirirsə, onda bütün işlərinizlə məşğul olacağınız günü müəyyənləşdirin. İş arası dincələrkən bir fincan qəhvə içməkdənsə həyətdə gəzməyə üstünlük verin. Həftəlik edəcəyiniz işlərin siyahısını tərtib edib unutmamaq üçün onları kağıza qeyd edin. Yerinə yetirdiklərinizin üstündən isə xətt çəkin.

Əgər həmişə hər yerə gecikirsinizsə o zaman hər kəsin işlətdiyi üsula siz də əl atın. Divar və qol saatının əqrəblərini bir neçə dəqiqə irəliyə çəkin. Beləcə, sadə özünü aldatma üsulu ilə hər yerə vaxtında çatarsınız.

İnterpress.az