ABŞ Konqresi Putinə və Trampa “stop” deməyi bacardığını göstərirbackend

ABŞ Konqresi Putinə və Trampa “stop” deməyi bacardığını göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaları nəzəardə tutan yeni qanun layihəsinn təfərrüatları bəlli olur. 186 səhifəlik sənəd “Rusiya, İran və Şimali Koreyaya qarşı sanskiyalar üzrə qanun “adlanır.

Bununla əlaqədar Nümayəndələr palatasının respublikaçı fraksiyasının rəhbəri Kevin Makkarti və palatanın beynəlxalq əlaqələr komitəsinin sədri Ed Roys birgə bəyanat veriblər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, gözlənildiyinin əksinə olaraq Nümayəndələr palatasının hazırladığı sənəd Senatınkından daha radikal olub. Belə ki sənədlə konqresmenlər ilk dəfə Moskvanı rəsmi olaraq İran və Şimali Koreya ilə bilrikdə “şər oxu”na daxil ediblər.
Sənədin diqqət çəkən xüsusiyyəti Rusiya ilə bağlı ABŞ prezidentinin fəaliyyətini məhdudlaşdıran müddəalardır.

Qanun layihəsini bəzi müddəalarının isə ümumiyyətlə Moskva ilə sanksiya müharibəsində analoqu yoxdur.

Belə ki, layihənin 227-ci maddəsi ABŞ prezidentinin Rusiyanın korrupsionerləri ilə mübarizə aparmalı olduğunu bildirir. 228-ci maddədə isə Rusiyaya qarşı sanksiya rejimini pozan 3-cü ölkələrin fiziki və hüquqi şəxslərinin cəzalandırılmasından söhbət açılır. Məhz bu müddəa ABŞ-ın avropalı tərəfdaşlarını narazı salıb.

Bundan başqa ABŞ bankları üçün sanksiya altında olan Rusiya bankları ilə münasibətlərində ciddi məhdudiyyətlər gətirlir. Rusiya banklarına verilən kreditlərin verilmə müddətəri 30 və 90 gündən, 14 və 60 günə endrilib.

Həmçinin neft sektoruna sektoral sanksiyalar tətbiq olunur. (Arktikada neft əldə olunması ilə bağlı xidmət göstərilməsi və avadanlıq verilməsinin qadağan olunması kimi-red.).

Yeni layihədə 2014-cü ildə qəbul olunmuş “Ukranian Freedom Support Act”-a əlavə edilən düzəlişlərə əsasən ABŞ prezidentinin Rusiyanın “xüsusi” neft layihələrinə sərmayə qoyan şirkətlərə və şəxslərə 3-dən az olmayan sanksiyaları tətbiq “edə biləcəyi” (ingiiliscə “may” feli ilə ifadə olunan) müddəası dəyişdirilib, “tətbiq etməlidir” (shall) sözü ilə əvəz olunub.

ABŞ prezidenti NATO ölkələri, Ukrayna, Gürcüstan və Moldovaya qaz ixracatını məhdudlaşdırması halında “Qazprom” şirkətinə də sanksiyalar gətirməyə borcludur.

Ən böyük təhdid isə Rusiyanın özəlləşdirmə layihələrində iştirak edənlərə yönəlik yaranıb. Buna görə ABŞ prezidenti Rusiya şirkətlərinin özəlləşdirilməsi (əgər bu özəlləşdirmə Rusiyanın oliqarx məmurlarına və onların ailə üzvlərinə qeyri-qanuni gəlir təmin edərsə-red.) üçün 10 milyon dollardan az olmayaraq pul yatıran şəxslərə ən azı 5 növdə sanksiya tətbiq etməli olacaq.

Qanun layihəsi yuxarıda bəhs edildiyi kimi Rusiyanın enerji sahəsində fəaliyyət göstərən digər ölkələrin şirkətlərini də “vurur”.

“Rusiyaya qarşı sanksiyaların artıq nəinki qüvvədə qalacağı, hətta genişləndiriləcəyi kəskinləşib. Bu iki dünya liderinin öz güclərini həddindən artıq dəyərləndirmələrinə verilən cavabdır”, – “The New York Times”-dan Devid Sencer yazır.

Müəllifin fikrincə Putinin ABŞ-dakı siyasi proseslərə qarışmaqla bağlı qərarı uzunmüddətli strategiyasını-yəni sanksiya rejimindən qurtulma planlarına əngəl törədib.

Almaniyanın “Die Welt” qəzetindən Klemens Verginin yazdığına görə, Konqresin hər iki palatasının əməkdaşlığı nəticəsinə ortaya çıxan bu sanksiyalar ən çox Rusiya ilə yaxınlaşmağa can atan Donald Trampın əl-qolunu bağlayır.

“Konqres Putinə həm də ABŞ-ın müttəfiqlərinin adından vahid şəkidə ifadə olunan açıq siqnal göndərdi. Prezident Tramp da bu siqnalı əyani şəkildə ona çatdırmağa borcludur”, – məqalədə demokrat senator Bencamin Kardindən sitat gətirilib.

Klemens Vergin bu qanunun ABŞ prezidentinə və onun Rusiya ilə yaxınlaşmaq kursuna vurulmuş sillə olduğunu yazır.

“Belə çıxır ki, Tramp əvvəl atdığı addımların nəticəsində olduğu kimi yenə məğlub oldu. Buna görə o, özündən başqa heç kimi günahlandıra bilməz. Konqresin həm respublikaçıları, həm də demokratları ona və Putinə “stop” deməyi bacardı”, – müəllif yekunda bildirir.(musavat)

İnterpress.az