ABŞ Ukraynaya “silah göndərə bilər”backend

ABŞ Ukraynaya “silah göndərə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Kurt Volker BBC-ə bildirib ki, Ukrayna hökumət qüvvələrinin silahlandırılması Moskvanın yanaşması dəyişə bilərdi.
O, bu addımın təxribat xarakterli ola biləcəyini düşünmədiyini deyir.
Ötən həftə ABŞ Dövlət Departamenti hər iki tərəfi şərqi Ukraynada kövrək atəşkəsə əməl etməyə çağırıb.
Cənab Volkerə görə, şərqi Ukraynada sülhün bərqərar olması üçün Rusiya ilə yeni strateji dialoq çağrılmalıdır.
Əvvəllər ABŞ-ın Nato-da daimi nümayəndəsi olmuş cənab Volker bu ayın əvvəlində yeni roluna təyin olunub.
BMT-nin məlumatına görə, 2014-cü ilin aprelində şərqi Ukraynada münaqişə başladıqdan bir qədər sonra Rusiyanın Krım yarımadasını ilhaq etməsindən bəri 10,000 nəfərdən çox insan həlak olub. Döyüşlərdə 1.6 milyondan artıq insan köçkün vəziyyətə düşüb.
2015-ci ilin fevralında Minskdə atəşkəs imzalanıb, amma onun şərtlərinə heç də hər zaman əməl edilmir.

İnterpress.az