“Qarabağ probleminin həllini nəvələrimizə saxlamamalıyıq”backend

“Qarabağ probleminin həllini nəvələrimizə saxlamamalıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda vəziyyət sadə deyil. “Biz hamımız Madrid prinsiplərindən və Azərbaycan və Ermənistan liderləri arasında Rusiya rəhbərliyinin vasitəçiliyi ilə aparılmış asan olmayan danışıqlardan xəbərdarıq”, – deyə komitə sədri qeyd edib.

Onun qənaətincə, Dağlıq Qarabağ münaqişəsini artıq indi, hazırkı liderlərin köməyi ilə yoluna qoymaq lazımdır. “Mənim və həmkarlarımın məsuliyyəti də sözsüz ki, bundan ibarətdir. Bizim bu, sözün həqiqi mənasında qan verən yaranı uzun illər sonraya, bizdən sonra gələnlərə saxlamaq haqqımız yoxdur. Onu bu gün həll eləmək lazımdır”, – deyə deputat əlavə edib.

İnterpress.az