Kolumbiyada bir tarix yenidən yazılırbackend

Kolumbiyada bir tarix yenidən yazılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Qərb yarımkürəsinin ən uzun döyüşünü bitirən ölkənin ən böyük partizan təşkilatı, 1 sentyabrda yeni partiyanı tarixi Bogatanın Plaza də Bolivar meydanında FARC Partiyanı tanıdacaq.
Yarım əsri aşan vətəndaş müharibəsinin ardından sülh razılaşması imzalayıb silah buraxan təşkilat, yeni partiyanı paytaxt Bogotadaki tarixi Bolivar Meydanında 1 sentyabr tarixində eşitdirəcək.
Bununla bağlı Carlos Antonio Lozada, partiya işləriylə əlaqədar mətbuat şərhi edib.
Barış müzakirələrində FARC-ı təmsil edən Ivan Marquez, gələcək ay sonunda yol xəritəsinin təyin olunacağı bir quruluş konqresi yaradacağını söyləyib.
FARC-ın siyasi həyata atılması, Kolumbiya tarixini də kökündən dəyişdirəcək.
Təşkilat, yarım əsri aşan qarşıdurma keçmişinin sonra 27 iyunda əlindəki son silahı da Birləşmiş Millətlər Təşkilatına (BMT) mərasimlə təslim etdi. 17 martda 140 silahını təslim edən FARC, 50 ildən artıq qarşıdurma keçmişinin sonra ilk dəfə silah buraxmışdı.
Kolumbiyada 52 il davam edən vətəndaş müharibəsində 260 min insan can verdi. Qeyd edək ki, qarşıdurmalar, 6 milyondan çox adamın köç etməsinə səbəb olub.

İnterpress.az