“Lotu Quli”nin yeznəsi azadlığa buraxıldıbackend

“Lotu Quli”nin yeznəsi azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, kriminal aləmdə \”Lotu Quli\” ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov vaxtından əvvəl azadlığa buraxılıb. Bu barədə məhkəmə qərar qəbul edib. Vidadi Hüseynov cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlandığı istintaq təcridxanasından azadlığa buraxılıb. Vidadi Hüseynov ona təyin edilmiş 1 il 6 ay həbs cəzasının çəkilməmiş 3 ayını azadlıqda çəkəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun cəzasının əvvəli 30 aprel 2016-cı ildən hesablanıb. Vidadi Hüseynov 2016-cı ilin aprelin 30-da narkotik ittihamı ilə həbs edilmişdi.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirdi.

Əlavə edək ki, ötən il Səbail rayonunda “Bulaq” restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. O zaman Vidadi Hüseynov və kriminal aləmə yaxın olan bir sıra digər şəxslər saxlanılmışdı.

İnterpress.az