Qırğızıstan prezidenti: “2014-cü ildə ABŞ hərbi bazasına görə Qırğızıstanı raket zərbələri ilə vuracaqdılar”backend

Qırğızıstan prezidenti: “2014-cü ildə ABŞ hərbi bazasına görə Qırğızıstanı raket zərbələri ilə vuracaqdılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa.info xəbər verir ki, jurnalistlərlə görüşən Atambayev 2014-cü ildə Manasdan çıxarılan ABŞ hərbi bazası ilə bağlı açıqlamalar verib. Qırğız prezident ABŞ-ı ölkələrin daxili işlərinə qarışmaqda ittiham edib.

“Rusiya və Çinin sakit və dinc Qırğızıstana ehtiyacları var. Amma bəzi ölkələr fərqli şeylər arxasınca düşüblər. ABŞ Xarici İşlər nazirliyinin demokratlar dövründə yeritdiyi siyasətə qarşı olmuşam. 2014-cü ildə bəzi ölkələr, əgər lazım olarsa, ABŞ təyyarələrini raketlə vuracaqlarını və insanlarımızın zərər görəcəyini açıq şəkildə dilə gətirdi” deyə Atambayev qeyd edib.

ABŞ-ı region ölkələrinin daxili işlərinə qarışmaqda günahlandıran Atambayev, Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun su üzündən Orta Asiyada müharibə ola biləcəyi haqda dediyiklərini xatırladıb.

“Bu açıqlamadan dərhal sonra amerikalılar Özbəkistana hər biri 1 milyon dollardan 328 zirehli maşın satıb. Onların demokratiyası budur. Onlar, iki qardaş xalqı qırğız və özbəkləri bir-biri ilə savaşdırmaq istəyirdi” deyə Atambayev bildirib.

İnterpress.az