“Ən sərt cəza verilməlidir”backend

“Ən sərt cəza verilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 iyul tarixində Xətai rayonu ərazisində 35-40 yaşlarında manyak tərəfindən 8 yaşlı oğlan uşağının zorlanması xəbəri hər kəsi şoka saldı.

Milli Məclisin deputatı Adil Əliyev bu məsələyə münasibət bildirib:

\”Bu, iyrənclikdən, xəstəlikdən başqa bir şey deyil. Məhz bu cür hadisələr proseslərin pərdəarxası məqamlarına xüsusi diqqət ayırmağı tələb edir. Bu qəbildən olan cinayətlərin törədilməsi daha çox insanların psixi problemləri, tərbiyəsi ilə bağlıdır. Azərbaycanda belə cinayətləri adətən əqli cəhətdən normal olmayanlar törədirlər. Hesab edirəm ki, cinayət məcəlləsində azyaşlı uşaqlara qarşı zorakılıq hadisələrini törədənlərin cəzaları daha da sərtləşdirilməlidir. Əvvəlcə bu tip insanlar, əgər bunlara insan demək doğrudursa mütləq həkim, psixoloq, psixoterapevt, seksopotoloqlar tərəfindən müayinə edilməli və ən sərt cəza kəsilməlidir. Əgər vaxtında onlarla mübarizə aparılmasa cəmiyyətimizdə daha böyük hadisələr baş verə bilər\”.

Deputat valideynlərə də çağırış edib:

\”Əziz valideyinlər, çox ayıq-sayıq olun. Uşaqlarınızı tək başına heç yerə göndərməyin. Hara gedib gəldiklərini izləyin, hər addımlarından xəbərdar olun. Əks təqdirdə bu manyaklar hər birimizin övladının qarşısına çıxa bilər.

Sonda isə asayişimizin keşiyində dayanan, cinayətkarlardan, cinayətlərdən bizləri qoruyan polislərimizə, Çevik Polis Alayının bütün heyətinə, o cümlədən xüsusilə Xətai rayonunda baş verən hadisəni aşkara çıxaran Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiriyə göstərdiyi qəhrəmanlığa görə təşəkkürümü bildirirəm\”.

İnterpress.az