Trumpa bayraq şoku!backend

Trumpa bayraq şoku!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir k, ABŞ prezidenti Donald Trump, Youngstownda dəstəkçilərinə xitab etdiyi mitinqdə etirazlara səhnə oldu. ABŞ televiziyalarında canlı yayımlanan mitinqdə, bir etirazçı Trumpın çıxışı zamanı SSRİ-nin bayrağını açdı.

Hadisənin kütlənin diqqətini çəkməsinin ardından səs-küylərin yüksəldiyi salonda Trump, vəziyyəti əhəmiyyətli hesab etməz görünüb \”göstərməsəniz kimsə onun burada olduğunu belə anlamaz\” dedi.

Salondakı birinin əlindəki bayrağı aldığı etirazçı daha sonra polis tərəfindən uzaqlaşdırıldı.

Trump da etirazçı salondan çıxardıldıqdan sonra \”Gənc biri. Anasının yanına gedir indi. Anası də mənə səs vermişdir\” ifadələrini istifadə etdi.

Trumpa bayraq şoku!

Digər tərəfdən salonda olan və əlində \’Trump və Pence getməlidir\’ ifadələrinin yazılı olduğu bir başqa etirazçının da salondan çıxardıldığı bildirildi.

İnterpress.az