Terror təşkilatından ABŞ-a maraqlı çağırışbackend

Terror təşkilatından ABŞ-a maraqlı çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir k, Associated Pressə (AP) danışan şuranın həmsədri İlham Əhməd, terror təşkilatı DEAŞ sonrası Rakkada meydana gələcək mühit üçün ABŞ-ın uzun müddətli siyasi və maliyyə dəstəyinə ehtiyac duyacaqlarını ifadə etdi.

ABŞ-ın Suriyanın siyasi gələcəyinin relsinə oturana qədər bölgədə sabitliyin izləyicisi olaraq Suriyada qalması lazım olduğunu söyləyən İlham Əhməd, söz mövzusu ölkənin Suriyadakı rolunun Rakka ilə məhdud qalmaması lazım olduğunu söylədi.

Radikal güclərin təkrar güc qazanmaması üçün Suriyada demokratik bir sistem qurulmasında ABŞ-ın roluna diqqət çəkən Əhməd, kürdlərin Suriyanın gələcəyi üçün ediləcək müzakirələrdə bundan belə gözardı edilə bilməyəcəyini iddia etdi.

ABŞ, Rakka əməliyyatı üçün terror təşkilatı YPG ilə etdiyi əməkdaşlığı \’taktiki və məhdud\’ olaraq xarakterizə edərkən, söz mövzusu əməkdaşlıq zaman-zaman ABŞ və Türkiyə arasında \’etibarsızlıq və gərginliyə\’ gətirib çıxarır.

İnterpress.az