Avropa İttifaqı ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə razılaşmırbackend

Avropa İttifaqı ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə razılaşmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr palatası Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qanun layihəsini qəbul edib. Bu sənəd senatın və prezidentin təsdiqini gözləyir.

Virtualaz.org xəbər verir ki, “Financial Times”ın yazdığına görə, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker Avropa İttifaqının mümkün cavabını təcili şəkildə müzakirə etməyə çağırıb. Vaşinqtonun yeni addımlarında Avropanı narahat edən cəhət ilk növbədə şəxsi maraqları və çoxmilyardlıq layihələridir (xüsusilə, energetika sahəsində) ki, bunlar ABŞ-ın yeni sanksiyalarına görə zərbə altında qala bilər.

“Politico” qəzetinin Avropa nəşri bununla bağlı yazır: “Təklif edilmiş qanun layihəsi Brüsseli ona görə hiddətləndirib ki, bu sənəd qərb dünyasının Moskvaya münasibəti ilə uzlaşmır, həmdə ona görə ki, o, Avropa və onun energetika şirkətləri üçün vacib olan energetika infrastrukturunun bir neçə layihəsini təhlükə altında qoyur”. Şərhçiləri ən çox maraqlandıran isə odur ki, Avropa İttifaqının sözdə deyil, işdə öz milli maraqlarını müdafiə etməyə hünəri çatacaqmı?.

İnterpress.az