ABŞ hərbi texnikası Gürcüstana gətirilibbackend

ABŞ hərbi texnikası Gürcüstana gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, sözügedən texnikadan NATO təlimlərində istifadə olunacaq.

“Abrams” tankları və “Bradley” zirehli maşınlar Poti limanından dəmir yolu vasitəsilə Vaziani hərbi bazasına çatdırılıb.

Qeyd edək ki, NATO-nun “Layiqli tərəfdaş 2017” hərbi təlimləri iyulun 30-dan avqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, Ermənistan və Ukraynadan 2800 hərbçi iştirak edəcək. Təlimlər Vaziani və Norio hərbi bazalarında keçiriləcək.

İnterpress.az