Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinin səbəbi açıqlandıbackend

Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinin səbəbi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu məlumat Ukrayna Miqrasiya Xidməti tərəfindən təsdiqlənib.

Yerli TSN telekanalı bildirir ki, müvafiq qərar “Vətəndaşlıq haqqında” Qanunun 2-ci bəndinin 19-cu maddəsinə əsasən vətəndaşlıq alarkən Saakaşvili tərəfindən anket məlumatlarında yalan informasiyanın verilməsinə görə qəbul edilib.

Mixail Saakaşvili anketi doldurarkən göstərib ki, Ukraynada və ölkənin xaricində onun barəsində istintaq hərəkətləri aparılmır. Lakin məlum olub ki, həmin vaxt Saakaşvili Gürcüstanda qiyabi şəkildə həbs edilib.

Bildirildiyinə görə, Ukrayna Baş Prokurorluğuna Saakaşvilinin vətəndaşlığı barədə sorğunu deputat Andrey Lozovoy yollayıb. (virtualaz.org)

İnterpress.az