Pakistanda “intiqam təcavüzü” əmri verənlər həbs olundubackend

Pakistanda “intiqam təcavüzü” əmri verənlər həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşları qurbanın qardaşının da təcavüzdə ittiham edildiyini söyləyiblər.
Polis həbs olunanların qohum olduğunu bildirib.
Fransanın AFP agentliyinə açıqlama verən polis nümayəndəsi Allah Baksh \”Jirga (tayfa şurası) 16 yaşındakı bir gəncə cəza olaraq təcavüz edilməsi barədə qərar verib. Bu şəxsin kiçik qardaşı da 12 yaşındakı bir uşağa təcavüz etmişdi\” deyib.

Birinci təcavüzü həyata keçirməkdə ittiham olunan kişi isə hələ də axtarışdadır.
BBC-yə açıqlama verən mənbələr isə \”intiqam təcavüzü\” əmrini verənlərin Tayfa Şurası deyil, iki ailənin bəzi üzvləri olduğunu söyləyiblər.
Pakistanda adətən yaşlı tayfa üzvlərindən ibarət olan, ancaq fəaliyyətləri qanuna zidd olan bu şuraların müxtəlif problemləri həll etdikləri məlumdur.
Bu şuralardan bəziləri keçmişdə \”namus cinayəti\” və \”intiqam təcavüzü\” də daxil olmaqla çoxlu mübahisəli qərarlar qəbul edib.

Pakistanda 2002-ci ildə bir tayfa şurası 28 yaşlı Muhtaran Mai adlı bir qadına kollektiv şəkildə təcavüz edilməsi barədə qərar çıxarmışdı.
Muhtaran Mai-nin 12 yaşlı qardaşı da daha əvvəl yaşlı bir qadınla cinsi əlaqəyə girməkdə ittiham olunmuşdu.

Pakistanda "intiqam təcavüzü" əmri verənlər həbs olundu

Mai isə ona təcavüz edənlərə qarşı iddia qaldırmışdı.
Pakistan Ali Məhkəməsi məhkum edilən 6 nəfərdən beşinə verilən cəzanı ləğv etmişdi.
Keçən müddət ərzində insan haqlarının müdafiəsində əhəmiyyətli fəallardan birinə çevrilən Mai Pakistanı tərk etməsi üçün edilən çağırışlara baxmayaraq ölkəsini tərk etməyərək yaşadığı kənddə məktəb tikdirib.
2014-cü ildə isə onun həyat hekayəsi New York-da nümayiş etdirilən \”Barmaq izi\” operasının mövzusu olmuşdu. (bbc)

İnterpress.az