Məscidi-i Əqsanın qapıları açıldı, minlərlə adam namaz qıldıbackend

Məscidi-i Əqsanın qapıları açıldı, minlərlə adam namaz qıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin cümə namazı üçün Məscidi-Əqsaya girişlərə gətirdiyi 50 yaş sərhədinin qaldırılmasından sonra, minlərlə adam Əqsaya axın etdi. Əqsaya girən Fələstinlilər, sevinc nümayiş etdilər, həyətdə səcdə edərək torpağı öpdülər. Əqsanın həyətində toplanan Fələstinlilər, təkbir gətirərək qruplar halında şüar səsləndirdilər.

Günəş batmağa başlayanda, minlərlə insan azanın oxunmasının ardından axşam namazını qıldı. Namazın ardından gənclər şirniyyat payladı.

Digər tərəfdən işğal altındakı Şərqi Qüdsün bir çox bölgəsindən də hava fişənglərin atıldı.

Xatırladaq ki, İsrail rəhbərliyi, Məscidi-Əqsaya girən fələstinlilərə plastik güllə və səs bombalarıyla müdaxilə etmiş və çölə çıxarmağa çalışmışdı. Məscidi-Əqsaya girişləri cümə namazında 50 yaş ilə məhdudlaşdıran İsrail rəhbərliyi, işğal altındakı Şərqi Qüdsə çıxan bir çox yolda nəzarət nöqtələri meydana gətirərək, Fələstinlilərin Məscidi-Əqsaya çatmasına maneə törətmişdi.

İnterpress.az