“Qiymət artımı Azərbaycanın inkişafına böyük töhfə verəcək” — Millət vəkilibackend

“Qiymət artımı Azərbaycanın inkişafına böyük töhfə verəcək” — Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

R.Quliyev “Ölkə.Az”-a açıqlamasında sözügedən fikrinin üzərində dayandığını bildirib:

Deputat həmçinin deyib ki, sözügedən müsahibəsini bir il öncə verib:

“Anlamıram ki, nə üçün bir il əvvəl verdiyim açıqlama indi tirajlanır!”.

Daha sonra R.Quliyev əlavə şərh verməyəcəyini deyib:

“Qiymət artımı ilə bağlı danışmaq istəmirəm. Bağışlayın, indi danışa bilmirəm!”.

Xatırladaq ki, Milli Məclisin deputatı Rüfət Quliyevin kommunal xərclərin qiymətlərinin artırılması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb:

“Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək. Bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək. Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkətlərinə, “Azəriqaz” və “Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək. İstər rayon sakinləri, istərsə də Bakı sakinlərinin böyük əksəriyyəti “kombi” istilik sistemindən istifadə etmir. Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.

İnterpress.az