Araz Əlizadə: “ABŞ-da istirahət etməyə pulum yoxdur”backend

Araz Əlizadə: “ABŞ-da istirahət etməyə pulum yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

A.Əlizadə “Ölkə.Az”-a açıqlamasında hazırda Gürcüstanda müalicə olunduğunu bildirib.

Deputat bəzi həmkarlarından fərqli olaraq Gürcüstana istirahət üçün deyil, müalicə olunmaq üçün getdiyini söyləyib.

A.Əlizadə deyib:

\”Bəziləri deyirdi ki, Araz Əlizadə istirahət etmək üçün ABŞ-a gedib və sairə. Mənim ABŞ-da istirahət etməyə pulum yoxdur. Sadəcə olaraq, ötən dəfə ABŞ-a dəvət edildiyim bir konfransa getmişdim. Səfərin bütün xərclərini təşkilatçı ödəmişdi. Hazırda isə Gürcüstanda müalicə olunuram\”.

İnterpress.az