“Qəbələ” “Panatinaikos”a qarşıbackend

“Qəbələ” “Panatinaikos”a qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də meydana çıxacaq. Əyalət klubu evdə Yunanıstan “Panatinaikos”u ilə görüşəcək.

Bir həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda mütləq qələbə qazanmalıdır. Son iki ildə qrup mərhələsinin iştirakçısı olan “Qəbələ” pley-offa yüksəlmək üçün ən azı 2 top fərqi ilə sevinməlidir.

2 il əvvəl “Panatinaikos”u pley-offda səfər qolu ilə keçən (0:0,2:2) “qırmızı-qaralar” evdəki uğurlu seriyasını davam etdirməyə çalışacaq. Qazanılacaq qələbə “qırmızı-qaralar” üçün əlamətdar olacaq. Avrokuboklar tarixində 9 dəfə qalib gələn təmsilçimiz 10-cu uğurunun astanasındadı. Yubiley qələbəsi ilə mərhələ adlayacaq komandamız tarixində 3-cü dəfə qrupda oynamağa bir addım da yaxınlaşacaq.

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust

21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)
Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1

İnterpress.az