Manatın taleyi necə olacaq? — Vahid Əhmədovdan vacib açıqlamabackend

Manatın taleyi necə olacaq? — Vahid Əhmədovdan vacib açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

V.Əhmədov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, avro Avropada fəaliyyət göstərən valyuta olduğu üçün bu regionda iqtisadi inkişaf meyilləri güclənib:

“Digər tərəfdən isə dünya bazarında dolların ucuzlaşması avronun məzənnəsinin güclənməsinə təsir göstərir. Bütün bu faktorlar da avronun bahalaşmasına gətirib çıxarır. Yəqin ki, avronun bahalaşması uzun müddət davam edə bilməz. Çünki ilin sonunadək dolların da bahalaşması gözlənilir. Qısa müddətdən sonra bu öz yerini tutacaq”.

Deputat deyib ki, avronun məzənnəsinin bahalaşmasının əsas səbəbi Avropa ölkələrində iqtisadi inkişaf tempinin güclənməsi ilə bağlıdır:
“Avropa Birliyi ölkələrində iqtisadi inkişaf tempi artdıqca, dolların məzənnəsində kəskin azalma müşahidə olunur”.

Dolların məzənnəsinin bahalaşıb-bahalaşmaması məsələsinə də toxunan V.Əhmədov qeyd edib ki, dünya bazarında neftin qiymətində müəyyən problemlər var:

“Baxmayaraq ki, OPEK ölkələri neft hasilatını azaltmaq istəyirlər, ancaq ümumi qərar qəbul edilməyib. Eyni zamanda ABŞ dövlətinin indiki xarici siyasəti onu göstərir ki, hələ neft bazarında hasilat davam edəcək. Bu isə ola bilər ki, neftin qiymətində azalmaya səbəb olsun”.

Deputat Azərbaycanda dollara tələbatın artıb-artmayacağı məsələsini də şərh edib:

“Son aylar Azərbaycan Mərkəzi Bankı bu məsələ ilə bağlı tamam başqa siyasət yürütməyə başlayıb. Yəni, Mərkəzi Bank Azərbaycanda pul kütləsinə nəzarəti gücləndirib. Bununla da əlavə pul xərcləməyə ehtiyac görünməyib. Müəyyən qədər ixrac artırılıb, idxal əməliyyatları isə azaldılıb. Bu sahədə çox ciddi nəzarət mexanizmi cənab Prezidentin müvafiq tapşırıqlarına əsasən yerinə yetirilir. Bununla da Azərbaycanda ilk dəfə olaraq təqribən 1,6 milyard manata yaxın müsbət saldo yaranıb. Bütün bunlar da müəyyən qədər dollara olan tələbatı azaldıb, manatın məzənnəsinin normal saxlanılmasına şərait yaradıb. İndiyədək bu proses müəyyən qədər qorunub saxlanılıb. Yəqin ki, Mərkəzi Bank bu prosesi ilin sonunadək qoruyub saxlamağa çalışacaq. Burada əsas məsələ “reel” sektorun inkişafına vəsaitin xərclənməsi ilə bağlıdır. Digər tərəfdən isə ilin sonunadək xarici borcların ödənilməsi ilə bağlı bəzi problemlər ortaya çıxa bilər. Bu yaxınlarda ölkə başçısının müvafiq Sərəncamı ilə Bakı Beynəlxalq Ticarət Limanının inşasının davam etdirilməsi üçün 100 milyon manat vəsait ayrılıb. Bu cür böyük layihələrə vəsait ayrılması ola bilər ki, manatın məzənnəsinə də təsir etsin. Hazırda Mərkəzin Bankın əsas siyasəti odur ki, həm manatın məzənnəsi, həm də infilyasiyanı qoruyub saxlasın. Bu yaxşı haldır. Ancaq “reel” sektoru da inkişaf etdirmək vacibdir. İlin sonunadək “reel” sektorun necə davam edəcəyini zaman göstərəcək”.

Xatırladaq ki, hazırda 1 avro təqribən 2 AZN təşkil edir.

İnterpress.az