Almaniyada Azərbaycana həsr edilmiş Yay Festivalı keçirilibbackend

Almaniyada Azərbaycana həsr edilmiş Yay Festivalı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, „Nar və Odlar yurdu“ adı ilə keçən çoxşaxəli mədəniyyət və incəsənət proqramı iyun ayından başlayaraq avqustun sonuna qədər davam edəcəkdir.

Festivalın müvəffəq tədibirlərindən biri də 28 iyul Avropa Əməkdaşlıq Forumunun sədri, Alman-Azərbaycan Forumunun mədəniyyət şöbəsinin rəhbəri Samira Patzer-İsmailovanın „Azərbaycanın mədəniyyət tarixi və müasir cəmiyyətin inkişafı“ mövzusunda mühazirəsi olmuşdur. Mühazirə axşamını Kleinsassen Mədəniyyət Mərkəzinin direktoru xanım Monika Ebertovski salamlama sözü ilə açaraq, festival haqqında məlumat vermiş, mühazirəçini təqdim etmişdir. Samira Patzer –İsmailova 70 dəqiqəlik çıxışında Azərbaycanın mədəniyyəti tarixi, incəsənətin bütün sahələri ilə yanaşı, dinləyiçilərə Qara Yanvar faciəvi hadisələri, Dağlıq –Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında həqiqətləri açıqlamışdır. Mühazirəçi Qarabağ mədəni irsinin, Azərbaycan incəsənətinin incilərinin qorunması sahəsində Heydər Əliyev fondunun rəhbəri, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı geniş fəaliyyət haqqında məlumat vermiş, qonaqların müxtəlif yönıü suallarını cavablandırmışdır. Samira Patzer-İsmailova festival rəhbərliyinə Almaniyanın Vinand nəşriyyatında çıxan „Azərbaycan –mədəniyyət və mətbəx“ kitabını təqdim edərək, Azərbaycanın səfalı, rəngarəng təbiətli bir diyar olduğunu vurğulamışdır. Mühazirədə iştirak edən bir çox almanlarda Azərbaycana səyahət istəyi yaranmış, bununla əlaqədar Azərbaycana turizm imkanları müzakirə edilmişdir. Avropa Azərbaycanlılaı Konqresinin fəxri prezidenti olan Samira Patzer-İsmailova Azərbaycanı Almaniya ictimaiyyətinə hərtərəfli təqdim edərək, Azərbaycanın müasir nailiyyətləri , cəmiyyətdəki aktual qurucu tendenslərdən və inkişaf yollarından danışmışdır.

Yay festivalının əhatə etdiyi proqram çərçivəsi çox geniş və diqqətəlayiq xüsusiyyətlər ilə seçilirdi. Burada alman ictimaiyyətinin nəzərinə 30 Azərbaycan rəssamının əsərlərindən ibarət „Fantaziya və dünyaya baxış adlı“ sərgi ilə yanaşı, bu günə qədər bir sıra tədbirlər silsiləsi – Bakını əks etdirən Foto sərgi, Azərbaycan Muğam-Jazz axşamı, „Almanların Azərbaycanda məskənsalma tarixin“dən bəhs edən sərgi və buna dair Dr.Eva Auxun mühazirəsi, bəstəkar Arif Mirzəyevin konserti, „Azərbaycan nağılı“ axşamı və Samira Patzer-İsmailovanın „Azərbaycanın mədəniyyət tarixi və müasir cəmiyyətin inkişafı“ mövzusunda mühazirəsi- və d. tərdbirlər təqdim edilmişdir.
Sərginin rəhbəri Dr.Elizabet Hayl və Kleinsassen Mədəniyyət mərkəzinin direktoru Monika Ebertovski böyük təşkilatı iş apararaq, Azərbaycana olan maraqlarını böyük zövq, professional baçarıq və yüksək səviyyəli yaradıçı münasibətlə həyata keçirmiş, festivalda Azərbaycanın hərtərəfli təqdimatına nail olmuşlar. Festivalın ən önəmli xüsusiyyətlərindən biri də rəsm sərgisində Azərbaycan Respublikası ilə yanaşı İrandan olan Cənubi Azərbaycan mənşəli gənc rəssam –qadınların əsərlərinin göstərilməsi idi. Belə bir konseptin izlənməsi və həyata keçirilməsi həqiqətən məhz xanım Ebertovskinin və bir sıra digər qurumların əməkdaşlıq xidmətidir. Qeyd edək ki, Mədəniyyət mərkəzinə bu festivalın təşkilatında Almaniyanın Fulda və Kleinsassen şəhərlərinin icra hakimiyyətləri, “Sparkasse” bank şəbəkəsi, daha sonra “Berlin-Bakı” rəsm Qalereyası, Bakıdakı Q-qalereya, Tehrandakı Neu Bureu rəsm qalereyası, “Avroqafqaziya” elmi cəmiyyəti dəstək vermişlər.

Almaniyada Azərbaycana həsr edilmiş Yay Festivalı keçirilib

Almaniyada Azərbaycana həsr edilmiş Yay Festivalı keçirilib

Almaniyada Azərbaycana həsr edilmiş Yay Festivalı keçirilib

İnterpress.az