“Qarabağ”ın rəqibi Danimarka çempionu oldubackend

“Qarabağ”ın rəqibi Danimarka çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Turnirdə mübarizəni davam etdirən Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olub.

Ağdam təmsilçisi qrup mərhələsi uğrunda mübarizədə Danimarkanın \”Kopenhagen\” klubu ilə qarşılacaq. Qurban Qurbanovun komandası ilk oyununu Bakıda keçirəcək.

\”Kopenhagen\” \”Qarabağ\” üçün tanış rəqibdir. Bu komandalar 1998/99 mövsümündə Kuboklar Kubokunda üz-üzə gəlib. Danimarka klubu evdə 6:0, Bakıda isə 4:0 hesablı qələbə ilə təmsilçimizi mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu mərhələnin oyunları avqustun 15-16-da, cavab görüşləri isə 22-23-də keçiriləcək.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar yolu

“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

APOEL (Kipr) – “Slaviya” (Çexiya)

“Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)

“Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan)

“Hapoel” (Beyer-Şeva, İsrail) – “Maribor” (Slovaniya)

Liqa yolu

“Başakşəhər” (Türkiyə) – “Sevilya” (İspaniya)

“Yanq Boyz” (İsveçrə) – MOİK (Rusiya)

“Napoli” (İtaliya) – “Nitsa” (Fransa)

“Hoffenhaym” (Almaniya) – “Liverpul” (İngiltərə)

“Sportinq” (Portuqaliya) – “Styaua” (Rumıniya)

İnterpress.az