İranı qarışdıran selfibackend

İranı qarışdıran selfi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İranda səfərdə olan İtalyan siyasətçisi Dövlət Başçısı seçilən Həsən Ruhaninin and mərasimində iştirak edib. Federica Mogheriniyə parlamentdə kişi millət vəkilləri tərəfindən göstərilən maraq mübahisə yaradıb. İranın rəsmi xəbər agentliyi Fars, paylaşdığı fotoşəkildəki mənzərəni \”qəribə davranış\” olaraq təyin edib.
Alireza Salimi adlı millət vəkili isə fotoşəkili \”Qərbə təslimiyyət\” olaraq xarakterizə edib və hadisənin istintaqı üçün komissiya qurulmasını bildirib.
Sosial media istifadəçiləri da fotoşəkillərdə yer alan vəkillərin vəziyyətini utanc verici olduğu və Monica Bellucinin rol aldığı Malena adlı filmdəki məşhur siqaret yandırma səhnəsinə bənzədiblər.
Dövlət Başçısı Həsən Ruhaninin məsləhətçilərindən Hesam Ashena, yaşanan vəziyyəti bir mədəniyyət problemi olaraq təyin edərək, \”O selfiyə görə hörmətli millət vəkilləri ilə ciddi olaraq söhbət aparmaq lazımdır\” dedi.
Vəzifəyə gəlməsiylə İran və Avropa Birliyi arasındakı əlaqələrin yaxınlaşması haqqında açıqlama verən Mogherini isə ziyarətlə əlaqədar nəşr etdiyi şərhdə müzakirə yaradan görünüşə lageyd qalıb.

İnterpress.az