Qan şəkərini nizamlayır – Mərsinbackend

Qan şəkərini nizamlayır – Mərsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərsinin faydaları:
1.Qan şəkərini nizamlayır

Şəkər xəstələrində nizamsız şəkildə qan şəkəri ifraz olunur. Əlbəttə, bu problemdən xüsusi pəhriz sayəsində də xilas olmaq olar. Ancaq araşdırmalar göstərib ki, davamlı olaraq cır mərsin yedikdə də qan şəkərini tənzimləmək mümkündür.

2.Sidik yollarını təmizləyir

Sidik yolu infeksiyasına bir növ bakteriya səbəb olur. “E.coli” adlı bu bakteriya sidik yoluna yapışır və sidiklə atılmır. Cır mərsin isə təbii antibiotik xüsusiyyəti ilə sidik yolunu bu bakteriyadan təmizləyir.

3.Görmə qabiliyyətini yaxşılaşdırır

Cır mərsin yüksək miqdarda “antosiyanin” maddəsi ehtiva edir. Bu maddə görmə qabiliyyətinin pisləşməsinin qarşısını alır, göz quruluğu və hətta göz infeksiyalarına qarşı qoruyucu funksiya daşıyır.

4.Beynin sağlamlığını qoruyur

A, B, C vitaminləri, antosiyaninler, selen, maqnezium, fosfor, mis, sink kimi əhəmiyyətli vitamin və minerallarla zəngin olan cır mərsin beyin hüceyrələrini və sinir sistemini qoruyur. Həmçinin yaddaşı gücləndirir. Xüsusilə də alzaymer xəstəliyinə qarşı çox faydalıdır. Tədiqqatlara görə, cır mersin yeyən uşaqların öyrənmə qabiliyyəti artır.

5.Ürək xəstəliklərindən qoruyur

Lif və antioksidantlarla zəngin olan cır mərsin xolesterol səviyəsini aşağı salır. Ürək sağlamlığı üçün çox faydalı bir qida hesab olunur.

6.Həzmi yaxşılaşdırır

Tərkibi liflə zəngin olduğu üçün həzm sistemininin fəaliyyətini yaxşılaşdırır. Qəbizlikdən əziyyət çəkənlər bu möcüzəvi meyvədən faydalana bilərlər. Cır mərsinin tərkibindəki mis və fruktoza həzmi sürətləndirməyə qadirdir.

7.Xərçəngdən qoruyur

“Pterostilben”, “ellagic” turşuları ilə zəngin olan cır mersin xərçəngə qarşı qoruyucu funksiya daşıyır. Xüsusilə də C vitamin anbarı olması rəhm və qaraciyər xərçənginə qarşı onu ən təsirli qidaya çevirir.

8.Depressiyadan xilas edir

Cır mərsin təbii antidepresantdır. Enerji verir, maddələr mübadiləsini sürətləndirir, sakitləşdirir. Depressiyadan çıxmaq və həmişə şən əhvalda olmaq üçün mütləq qida rasionunuza bu meyvəni daxil edin.

Qan şəkərini nizamlayır - Mərsin

İnterpress.az