“Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun”backend

“Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Bakıda Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi geniş tərkibdə görüşdə deyib. Dövlət başçısı Türkmənistan ilə Azərbaycanın həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlamasını, bu əlaqələrin daha da inkişaf etdirilməsini istədiyini bildirib: “Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir.

Mən Sizi bir daha səmimiyyətlə Azərbaycanda salamlayıram, bir daha “Xoş gəlmisiniz” deyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır”.

İnterpress.az