“Tofiq Bəhramov”da “Goal line” quraşdırılırbackend

“Tofiq Bəhramov”da “Goal line” quraşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Qol.az saytına “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov məlumat verib. “Goal line” adlanan bu sistem Azərbaycan futbol tarixində ilk dəfə olaraq “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq.

A.Əsgərov bildirib ki, İngiltərə şirkətlərindən birinin apardığı bu iş yaxın günlərdə yekunlaşacaq.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də, cavab görüşü həmin ayın 23-də Danimarkada olacaq.

İnterpress.az