“Gelandewagen” qəzasının türkiyəli qurbanları – Əli Həsənov xərci özü çəkəcəkbackend

“Gelandewagen” qəzasının türkiyəli qurbanları – Əli Həsənov xərci özü çəkəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, artıq hər iki zərərçəkən şəxs Türkiyəyə aparılıb. Cütlük qardaş ölkəyə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən ayrılan şəxsi təyyarə vasitəsilə çatdırılıb. Onlar Ankarada GATA xəstəxanasında yerləşdiriliblər. Bu gün isə zərərçəkən valideynlərin uşaqları Türkiyəyə yola salınacaq.

Əldə etdiyimiz özəl məlumata görə, bu prosesdə bütün xərcləri \”Qaçqınkom” sədri Əli Həsənov öz üzərinə götürüb.

Cütlüyün sağlamlıq vəziyyətinə gəlincə, Sönkül Tekişin həyatı təhlükəsi aradan qalxsa da, onun şikəst qalma ehtimalı davam edir. Əri Mütallib Tekişin vəziyyəti isə kritikdir.

“Gelandewagen” qəzasının türkiyəli qurbanları - Əli Həsənov xərci özü çəkəcək

İnterpress.az