Rus təyyarəsi Pentaqonun üzərində uçdu, polis həyəcana keçdibackend

Rus təyyarəsi Pentaqonun üzərində uçdu, polis həyəcana keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyaya məxsus təyyarə çərşənbə günü Vaşinqton səmalarında görünüb.

The Washington Postun əsaslandırdığı xəbərə görə, Rus müşahidə təyyarəsi, Pentaqon, ABŞ Senatı və digər hökumət binalarının üzərindən uçub.

Tupolev Tu-154 tipli təyyarənin kəşfiyyat toplama məqsədilə Vaşinqtonda uçduğu təxmin edilərkən, Senat polisinin həyəcana keçdiyi və uçuşun polis və xüsusi xidmət orqanları tərəfindən izləndiyi bildirildi.

CNN-ə görə, Vaşinqtonda aparılan monitorinq uçuşunun ardından, Trumpın tətilini keçirdiyi Nyu-Cersi üzərində də müşahidə uçuşu həyata keçirilib.

ABŞ mediası, Rusiyaya məxsus kəşfiyyat uçuşunun 1992-də Helsinkidə imzalanmış Açıq Səmalar Müqaviləsi çərçivəsində olduğu qiymətləndirməsini keçirib. 32 ölkənin imzaladığı müqaviləyə görə, silahsız müşahidə təyyarələri tərəf ölkələrin əraziləri üzərində uçuş həyata keçirə bilər.

Hər il texnoloji inkişaflara görə yenilənən müqavilə ABŞ-da ötən il mübahisə mövzusu olmuşdu. Müdafiə Kəşfiyyat Təşkilatının direktoru General Vincent Stüart, Senatda çıxışında Rusiyanın müqaviləni öz mənafelərinə istifadə etdiyini bildirmiş və ABŞ üzərində aparılacaq gələn Rus uçuşunun rədd edilməsi lazım olduğunu söyləmişdi.

Pentaqon sözçüsü Cef Deyvis isə müqaviləni müdafiə edərək, \”Bəzən nə edib, nə etmədiniz baxmaları üçün onlara icazə verməyiniz dəyərlidir\” ifadələrini işlətmişdi.

İnterpress.az