İranı ayağa qaldıran olay: “Hamısını öldürəcəyik”backend

İranı ayağa qaldıran olay: “Hamısını öldürəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru”ya istinadən xəbər verir ki, terror təşkilatı DEAŞIN, İraq-Suriya sərhədində əsir götürdüyü İranlı əsgərin boğazını kəsərək öldürməsi ölkədə təşkilata qarşı sərt reaksiyalara səbəb olub.

Hadisəyə ən kəskin reaksiya, İran İnqilab Mühafizəçilərinin xarici əməliyyatlarından məsul Qüds Qüvvələri Komandanı Qasım Süleymaniden gəldi.

Süleymanı, \”Şəhidimizin kəsilmiş boğazına and olsun, hamısını öldürmədən yaşamayacayıq \” deyərək təşkilatdan intiqam alacaqlarını deyib.

Qeyd edək ki, İraq-Suriya sərhədində yerləşən Tanaf bölgəsində keçən bazar ertəsi günü baş verən toqquşmalarda İranlı əsgər Möhsin Hoceciyi əsir düşüb, IŞİD isə əsgərin boğazını kəsib görüntülərini internetdən bölüşmüşdü.

DEAŞ həmçinin dünən Fars Dilində bir video yayaraq, İranı Tehranda yeni hərəkətlər etməklə təhdid edib.

İnterpress.az