Səbuhi Xanlarovun “arvadını öldürməsinə” sərt reaksiya: “Hər yoldan ötənə aktyor deyəndə…”backend

Səbuhi Xanlarovun “arvadını öldürməsinə” sərt reaksiya: “Hər yoldan ötənə aktyor deyəndə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Musavat.com saytına açıqlama verən maqazin jurnalistləri onun mediaya hörmətsizlik etdiyini vurğulayıblar.

Primetime.az saytının rəhbəri Türkan Məmmədli: “Səbuhini yaxşı bir oğlan kimi tanıyırdım. Redaksiyamızda qonaq olmuşdu. Qəşəng bir müsahibə də etmişdik. Ondan sonra dostlaşdıq. Arada zəngləşirdik. Bu gün səhər primetime.az saytının “İnstagram” hesabına baxdıq. Gördüm Səbuhi mesaj yazıb ki, həyat yoldaşı uzun sürən xəstəlikdən sonra vəfat edib, çox pisdir, iki uşağı anasız qaldı. Bunu mümkünsə, yazın! İnanmadım, həyat yoldaşı ölən kişi sosial şəbəkədə jurnalistlərə yazmaz. Yığdıq özünə, səsini hər ehtimala qarşı yazdım ki, nə isə gözüm bu məsələdən su içmir. Bu başladı ağlamağa, “O zəhrimardandır. Çox pisəm. Uşaqlarıma nə deyəcəyəm” tipli sözlər dedi. Dedim hər halda belə şeylə zarafat etməzlər ki… Verdik xəbəri… Bir saat keçdi bacısı zəng etdi. Başladı qışqırmağa ki, sizi məhkəməyə verəcəyəm. Bu nə yalan xəbərdir, Anam xəstədir, özüm hamiləyəm, ölürəm. Bəs qadın evində uşaqlarının yanındadır. Səbuhi bu addımı niyə atıb bilmirəm. Biz də bunu yayımladıq. Təzədən Səbuhinin saysız-hesabsız açıqlamaları ilə üzləşdim. Gah dedi, ölməyib, gah dedi sayt bacımın adından yalan yazıb (səsi var). Ən axrıncı söhbəti o oldu ki, ölən arvadı yox, sevgilisi imiş. Vallah heç nədən başım çıxmır. Çox əsəbləşdim, dalaşdım Səbuhi ilə, axırda gördüm mənası yoxdur. Ona dedim ki, bu düşünülməmiş addımı atmısan, barı sus, heç nə danışma daha… Gördüm adam danışdıqca batır. Əslində o, media ilə məzələnmək kimi bir fikrə düşməmişdi. Sadəcə düşünülməmiş, uğursuz addım atıb”.

Jurnalist Rəvan Rəd: “Səbuhi Xanlarovun həyat yoldaşının dünyasını dəyişməsi xəbərini oxudum. Üzülməyə vaxt tapmamış, gördüm ki, yeni bir xəbər yayılıb. \”Səbuhi Xanlarovun həyat yoldaşının ölüm xəbəri yalan çıxdı\”. Açığı başlığı gördükdə bir az əsəbiləşdim ki, görəsən, yenə hansı \”sayt jurnalisti\” reytinq üçün bu adamın yoldaşını öldürüb, gərginliyə yol açıb. Nəticədə düşünün evdə oturmusunuz, xəbər oxuyursunuz ki, qızınız, bacınız ya ananız dünyasını dəyişib. Necə hiss edərsiniz? Lakin xəbəri oxuduqdan sonra aydın oldu ki, bu xəbər yalan olaraq elə Səbuhi Xanlarovun öz tərəfindən yayımlanıb. Təkrar edirəm, yalan olaraq. Səbuhi Xanlarov müəyyən bir kütlə arasında tanınan bir insandır, o bilmirdi ki bu xəbəri yaysa, belə bunun yalan olduğu ortaya çıxacaq? Xalqın gözündə bu statusu özünə layiq bildi yəni? Bundan da əlavə oxudum ki, onun həyat yoldaşının anasının vəziyyəti ağırlaşıb bu xəbərlərə görə. Məntiqlə heç bir izah verə bilmədim. Bəziləri yazdı ki, gündəmə gəlmək üçün edib. Belə çox gündəmə gəlmək istəyirdisə, saytların birinə uğurlu bir müsahibə verə bilərdi. DAHA belə xəbərlə üstəlik yalan xəbərlə gündəmə gəlmək olmaz. O media . nümayəndələrinin ona olan güvənindən, inamından sui-istifadə etməklə qalmadı, zənn edirəm sözünə olan etibarı da itirmiş oldu. Bütün bu dediklərim Səbuhi Xanlarovun simasında bütün media ilə düzgün rəftar etməyən, yaydığı xəbərin doğruluğuna əmin olmayan, cümləsini düzgün yazmayaraq özünü ifadə edə bilməyən bütün məşhurlara şamil olunur. Mətbuata dezinformasiya verməklə sadəcə özünüzü nüfuzdan sala bilərsiniz heç istəmədiyiniz halda”.

Yeniçağ.az saytının əməkdaşı Cəvahir Nehru: “Tanınmış birinin özünü PR etmək çün belə addım atmasını mənfi hal kimi qiymətləndirirəm. Onun etdiyi insanlığın son həddidir, mediaya hörmətsizlikdir. O insan sənət nümayiş etdirərək də gündəmə gələ bilərdi. Düşünürəm ki, maqazin jurnalistləri olaraq daha ehtiyatlı olmalıyıq. Kiminsə PR üçün yaratdığı şouya qurban getməməliyik. Bu məsələdə özümüzü də günahkar görürəm, hər yoldan ötənə aktyor deyəndə belə olur”.

İnterpress.az