Kişilərin pornoya baxma yaş həddi seksual davranışı müəyyənləşdirirbackend

Kişilərin pornoya baxma yaş həddi seksual davranışı müəyyənləşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparılan araşdırmaya görə, kişilər pornonu nə qədər tez yaşlarda seyr edərsə, qadınlara qarşı hakim olmaq arzusu bir o qədər arta bilər.
Bundan başqa, araşdırma gec yaşlarda porno ilə tanış olan kişilərin cinsi münasibətdə daha az seçici davrandıqlarını ehtimal edir.

Orta yaş həddi 20 olan 330 universitet tələbəsinin iştirak etdiyi sorğuda ilk dəfə porno seyr etmək yaş həddi isə orta hesabla 13 göstərilib.
İştirakçılar arasında pornonu ən tez izləyənin yaşı 5, ən gec izləyənin yaşı isə 26 olub.

Pornoya baxma yaşı

Araşdırmanı aparan Alyssa Bischmann və əksəriyyəti heteroseksuallardan ibarət bir qrup kişidən pornoya baxma yaşlarını, bunun qəsdən, təsadüfən və ya məcburi baş verdiyini soruşub.

Daha sonra araşdırmada iştirak edənlərə qadınlara hakim olmaq istəyib-istəmədikləri, cinsi münasibətlərdə nə qədər təsadüfü davrandıqları və \”şorgöz\” olub-olmadıqlarını müəyyən etmək məqsədiylə 46 sual ünvanlanıb.

Verilən cavablar pornonu daha tez yaşlarda izləyənlərin \”nəzarət kişilərdə olarsa, hər şey daha yaxşı olar\” kimi kişi hökmranlığını dəstəkləyən ifadələrin daha çox təsdiqləndiyini göstərib. Bundan başqa pornoya baxma yaşının artmasında da \”şorgözlüyün\” əlamətlərinin artdığı nəzərə çarpıb.

Təhlilçi Christina Richardson bunda porno ilə tez tanış olmağın real həyatda cinsi münasibətdən zövq alma ehtimalını zəiflətməsinin rol oynaya biləcəyini söyləyib.

Richardson \”Bu qrupdakı kişilərdə tez-tez real həyata dair \”özünü göstərmək narahatlığı\”yaranır. Cinsi təcrübələr adətən planlaşdırdığı kimi ya da porno filmlərdəki kimi olmaz\” deyir.

Təhlilçilər iştirakçıların nə dərəcədə tez-tez və nə cür porno seyr etdiklərini, ya da sosial-iqtisadi kimi təbii ünsürlərin araşdırmaya daxil edilmədiyini bldiriblər (BBC).

İnterpress.az[b][/b]