Lavrov: “ABŞ – Şimali Koreya gərginliyindən narahatıq”backend

Lavrov: “ABŞ – Şimali Koreya gərginliyindən narahatıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Cümə günü etdiyi açıqlamada, ABŞ ilə Şimali Koreya arasındakı gərginlik haqqında danışıb.

Lavrov, Şimali Koreyanın nüvə proqramı üzərində hərbi qarşıdurma riskinin çox yüksək olduğunu deyib.

Lavrov bundan başqa, \”Moskva rəhbərliyinin Vaşinqton və Pyongyangın qarşılıqlı təhdidləri səbəbiylə dərin narahatlıq duyduğunu\” ifadə edib.
Lavrov, Dövlət televiziyasında Rus tələbələrə qarşı bir forumdakı çıxışında, \”Daha güclü və zəkalı tərəf, böhranın təsirlərini aradan qaldırmaq üçün ilk addımı atmalıdır\”-dedi.

İnterpress.az