Ağır xəstəlikdən dünyasını dəyişən Milanın meyiti ortalıqda qaldıbackend

Ağır xəstəlikdən dünyasını dəyişən Milanın meyiti ortalıqda qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkədə canlı yayım edən aktrisa Sevinc Şirinova M. Əminənin nəşinin Bakıya gətirilməsi üçün xeyli miqdarda pul tələb olunduğunu qeyd edib. O, izləyicilərinə çağırış edərək bu məsələyə biganə qalmamalarını xahiş edib.

\”Burdan Milanı çox istəyənlərə və istəməyənlərə səslənirəm. Hamınız onun fotosunu paylaşıb, rəhmət diləyirsiniz. Allah razı olsun. Amma hərə bir neçə manat yığsa, onun meyitini Azərbaycana gətirə bilərik. Dedilər ki, onun meyitini ölkəyə gətirmək olmur, bunun üçün çox pul tələb olunur. Buna görə də Türkiyədə basdırılmağına qərar verilib. Buna görə Milanı və məni istəyənlərə üz tuturam, kimin nəyə imkanı çatırsa, yardım etsin. Heç olmasa onun meyitini Azərbaycana gətirək. Onun ailəsinin bunun üçün maddi imkanı yoxdur\”.


İnterpress.az