Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Hadisə   Video  

Yol polisi hamilə qadını xilas etdi - VİDEO

Şəmkirdə yol polisləri ana və yeni doğulacaq körpəsini ölümdən xilas ediblər.

Dərc edilib 12 avqust 2017 [16:34]

Tovuz rayon sakini Nizami Vəliyev hamilə gəlinini Gəncəyə apararkən yolda onun halının pisləşdiyini görüb. Həyəcandan avtomobili idarə edə bilməyən sürücü Şəmkir postunda yol polisindən köməklik istəyib.

Hamilə qadını xəstəxanaya çatdıran Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Xəyal Məmmədov uşağın dünyaya sağlam gəlməsinə görə sevincli olduğunu dilə gətirib. Dünyaya gələn qız uşağına isə köməklik göstərən polis əməkdaşı Xəyalın şərəfinə Xəyalə adı qoyulacaq.

Abbas Səhhət adına 1 nömrəli xəstəxanadan bildirilib ki, hamilə qadın bir neçə dəqiqə də gec çatdırılsa idi onların həyatı üçün təhlükə ola bilərdi.

Hazırda isə ana və övladının vəziyyəti yaxşıdır. ( ARB )

İnterpress.az
















Oxşar xəbərlər





Dərmanların qiyməti dolların məzənnəsinə uyğun dəyişəcək


Cəmi səslər: 433