Marmeladlı Kökəbackend

Marmeladlı Kökə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marmeladlı tez hazır olan kökə tarifi üçün ləvazimatlar:

2 ədəd yumurta

1 st. nişasta

1 st. şəkər kirşanı

1 paket vanil

1 paket qabartma tozu

150 qr kərə yağı

1 çay qaşığı rəndələnmiş limon qabığı

Üzəri Üçün:

İstəyə bağlı olaraq çiyələk, albalı və ya moruq mürəbbəsi

Hazırlanması:

Geniş bir qaba bütün ərzaqları əlavə edin. Bütün vəsaitləri qarışdıraraq yumşaq bir peçenye xəmiri əldə edin. Xəmirdən ayırdığınız qoz böyüklüyündəki parçaları əlinizdə yuvarlayın. Marmelad qoymaq üçün kökələrin üstünə barmağla kiçik çuxurlar hazırlayın. Soba qabına bişirmə kağızı yerləşdirin. Kökələri formaya düzüb, üzərinə marmelad tökün. Əvvəlcədən qızdırılmış 170 dərəcə sobada qızarana qədər bişirin.

Marmeladlı Kökə

İnterpress.az